Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm
fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD üzvləri icmalarda və məktəblərdə
Mobil İlk Yardım Postları təşkil edirlər. İlk Yardım Postları Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə
ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilir. Bu tədbirin əsas məqsədi FMKD
könüllülərini ictimaiyyətə təqdim etmək və AzQAC-nin bölmələri tərəfindən təqdim
olunan İlk Yardım xidmətlərinin mövcudluğunu nümayiş etdirməkdir. Tədbir zamanı
könüllülər iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti,
tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar və zəhərlənmələr mövzuları ətrafında
geniş məlumat verir və praktiki məşğələlər nümayiş etdirirlər. Tədbirdə ilk
yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən
AzQAC-nın rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilir.
Belə ki, 6 sentyabr 2023-cü il tarixində
AzQAC-ın Sumqayıt şəhər bölməsinin FMKD üzvləri tərəfindən 2 saylı Sumqayıt
Regional "ASAN xidmət" mərkəzinin könüllülərinə “ İlk Yardım” vərdişləri
haqqında məlumat verilib. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD
könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək
üçün daha çox şans verir.